Beynəlxalq Muzeylər Şurası
Azərbaycan milli komitəsi

“Suraxanı” gəmİ-muzeyİnİn layİhəsİ ICOM-un beynəlxalq mükafatının lkİn sİyahısına daxİl olub

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təsis etdiyi “Muzeylərdə Dayanıqlı İnkişaf Təcrübəsi üzrə ICOM Mükafatı”-nın uzun siyahısı açıqlanıb. Siyahıda Azərbaycandan yalnız ICOM-un Azərbaycan Milli Komitəsinin təqdim etdiyi “Suraxanı” gəmi-muzeyinə aid “Xəzərin irsi” layihəsi ( https://icom.museum/en/icom-award-for-sustainable-development-practice-in-museums-longlist-of-eligible-projects ) yer alıb.

ICOM-un 2024-cü ildə elan etdiyi müsabiqəyə ümumilikdə 124 ölkədən müraciət daxil olub. Münsiflər heyəti layihələr arasından ilkin seçim edərək 60 ölkənin 130 layihəsindən ibarət uzun siyahı formalaşdırıb. Növbəti mərhələdə bu layihələr qiymətləndirilərək qısa siyahı müəyyənləşdiriləcək, yekunda isə üç finalçı seçiləcək. Qaliblər 2025-ci ilin dekabrında Dubayda ICOM-un Baş Konfransında elan olunacaq.

Layihələr beynəlxalq münsiflər heyəti tərəfindən “2030 Gündəliyi” və Dayanıqlı İnkişaf Məqsədlərinin beş əsas istiqaməti (İnsanlar, Planet, Firavanlıq, Sülh və Tərəfdaşlıq) üzrə qiymətləndirilir.

“ICOM Mükafatı” muzey sahəsində dayanıqlı inkişaf istiqamətində innovativ təşəbbüsləri və nümunəvi təcrübələri tanıyan ilk qlobal mükafatdır və bu, ICOM-un bütün üzvlərinə ünvanladığı ilk beynəlxalq mükafat kimi xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, dünyanın ilk tanker muzeyi “ICOM Mükafatı”-na 2023-cü ildə “Heydər Əliyev İli” və  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 165 illik yubileyi ilə əlaqədar sərgi olaraq həyata keçirilmiş “Xəzərin irsi”, eləcə də bu layihə çərçivəsində ötən il – “Yaşıl Dünya Naminə Həmrəylik İli” və “COP 29”-a həsr olunmuş  “Daha az plastik, daha çox həyat:təmiz dəniz üçün birlikdə!” devizi ilə reallaşdırılmış “Art Plast” layihəsi ilə müraciət edib.

“Xəzərin irsi” sərgisində Xəzərin dibindən çıxarılmış qədim eksponatlar, sualtı arxeoloji qrupun dalğıc avadanlığı və ləvazimatları nümayiş olunub. Həmçinin ziyarətçilər Azərbaycanın su altında qalmış şəhərləri, batmış orta əsr gəmiləri, zəngin mədəniyyəti və çoxşaxəli ticarət əlaqələri haqqında məlumat əldə edə biliblər.

“Art Plast” layihəsi çərçivəsində isə plastik, metal və digər məişət tullantılarından istifadə olunaraq 5 metr uzunluğa malik balıq, eyni zamanda hər birinin hündürlüyü təxminən 2 metrdən çox olan qağayı, suiti və dəniz atı formasında hazırlanmış installyasiyalar, plastik qablardan düzəldilmiş 4 metr uzunluğu olan dünya xəritəsi installyasiyası, eləcə də istismar müddətini başa vurmuş qayıqlardan güldanlar düzəldilərək “Suraxanı” gəmi-muzeyinin qarşısında yerləşdirilib. Bu “eko-art”lar ətraf mühiti təmiz saxlamağın əhəmiyyətinə, plastik çirklənməsinin ekosistem üçün təhlükələrinə, xüsusilə dəniz canlılarının qorunmasının vacibliyinə diqqət çəkməklə yanaşı, tullantıların istifadəyə yararlı məhsullara çevrilməsinin, hətta onlardan sənət əsərləri yaratmağın mümkünlüyünü əyani formada nümayiş etdirir.

 

Beynəlxalq tədbİrlər
ICOM Kyoto 2019
20/02/2018
On Wednesday, 3 June, 2015, Kyoto was selected as the host city for the 2019 edition of the General Conference, during which some 3,000 part...
Ətraflı
Tədbİrlər
DECORATIVE ARTS AND INTERIORS ICDAD / DEMHIST JOINT CONFERENCE
09/10/2018
10-12 oktyabr 2018-ci il tarixlərində Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, di...
Ətraflı
ICOM AZƏRBAYCAN
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi
26/01/2019
25 yanvar 2019-cu il tarixində Azərbaycan Xalça Muzeyində ICOM Azərbaycan Milli Komitəsinin növbəti iclası keçirildi. İclasda 18 ma...
Ətraflı
TƏDBİRLƏR
18 may Beynəlxalq Muzeylər Günü
15/05/2019
  Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tar...
Ətraflı
ICOM AZƏRBAYCAN
“Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Mİllİ Komİtəsİ” İctimaİ Bİrlİyİnİn yenİ sədrİ seçİlİb
06/04/2024
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin növ...
Ətraflı